Alimlər Konqoda naməlum xəstəliyin mənşəyini müəyyən ediblər | Icma.az
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq. Konqo Demokratik Respublikasında naməlum xəstəliyin yayılması, kəskin qida çatışmazlığı
"Report"un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilən hesabatda deyilir.
Xəstəliyin törədicisi AH1N1 qrip virusu və SARS-CoV-2 koronavirusudur.
Dekabrın 27-də Konqo Demokratik Respublikasının Milli Biotibbi Tədqiqatlar İnstitutu bildirib ki, söhbət mürəkkəb koinfeksiya hadisəsindən - bir hüceyrənin bir neçə növ virusla yoluxmasından gedir.
Alimlər müəyyənləşdiriblər ki, Afrika ölkəsində bu payızda müəyyən edilən xəstəliyin törədicisi AH1N1 qrip virusu və malyariya patogenləri ilə qarşılıqlı təsir göstərən SARS-CoV-2 koronavirusudur.
Dekabrın əvvəlində ÜST, Konqod oktyabrın 24-dən bəri 400-dən çox insanın naməlum virusa yoluxduğunu, onlardan 30-dan çoxunun sağ qalmadığını bildirib.
Xəstəliyin əsas əlamətlərinə qızdırma, baş ağrısı, burun axması, öskürək və bədən ağrıları daxildir.
Ağır hallarda ciddi halsızlıq müşahidə olunur. Ən çox yoluxma hallarına əsasən beş yaşına qədər olan uşaqlarda rast gəlinir.
Tam oxu
Xəbəri oxu