Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Alimlər kainatın ən boş sahələrinin kosmik boşluqların tərkibini araşdıraraq belə qənaətə gəliblər ki, bu bölgələrdə demək olar, heç nə yoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə "Universe Today" portalı məlumat yayıb.
Kosmik boşluqlar qalaktikalardan və maddədən demək olar, tamamilə məhrum olan nəhəng sahələrdir. Bu ərazilərdə maddənin sıxlığı kainat üzrə orta göstəricinin cəmi 20 faizini təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, əgər bütün maddə ulduzlar, planetlər, qaz və qaranlıq maddə bərabər şəkildə paylansaydı, hər kubmetrə təxminən bir hidrogen atomu düşərdi. Boşluqların içində isə bu göstərici ondan da azdır.
Bununla belə, alimlər bildirirlər ki, bu sahələr tam “ölü” deyil bəzən burada xırda cırtdan qalaktikalar və nazik qaz telləri müşahidə olunur. Kompüter modelləri göstərir ki, bu boşluqlar da mürəkkəb daxili quruluşa malikdir: böyük “kabarcıqların” içində daha kiçikləri gizlənir, sanki sonsuz fraktal kimi.
Ancaq elə bölgələr də var ki, orada ümumiyyətlə heç nə yoxdur, nə qalaktika, nə qaz, nə də işıq. Orada milyon illər keçsə belə, bəlkə də yalnız bir atom yanından keçərdi.
Alimlər belə yerləri “kosmik səhrə” adlandırırlar: həyat və maddə burada mümkündür, lakin olduqca nadirdir. Buna baxmayaraq, bu boşluqlar kainatın quruluşunu, maddə və qaranlıq enerjinin necə paylandığını anlamaq üçün mühüm əhəmiyyət daşıyır.
Tədqiqatçılar qeyd ediblər ki, əgər Günəş sistemi belə bir kosmik boşluğun dərinliyinə yerləşdirilsəydi, gecə səması tam qara olardı — yalnız Günəş, Ay və planetlər görünərdi, ulduzlar isə yox. Belə şəraitdə heç bir sivilizasiya digər qalaktikaları və ya kainatın sonsuzluğunu kəşf edə bilməzdi.
Nuriyyə NATİQQIZI