Alimlər məşhur asteroidin qeyri adi formada olmasını müəyyən ediblər | Icma.az
Icma.az bildirir, Azvision saytına əsaslanaraq. Bu barədə Associated Press (AP) məlumat yayıb.
Çilidəki "Gemini South" teleskopundan istifadə edən astronomlar obyekti kəşf etdikdən cəmi ay yarım sonra, fevral ayında onu müşahidə altında saxlayıblar.
Aparılan müşahidələrə görə, diametri təxminən 60 metr olan göy cismi əksər asteroidlər kimi kartof görünüşündə olmayıb.
Onun fikizi strukturu xokkey şaybasına bənzəyir. Yəni düz, disk formasındadır.
Bundan əlavə, asterodi çox yüksək sürətlə fırlanır - hər 20 dəqiqədə bir dəfə dövr edir. "Bu, gözlənilməz bir xəbər oldu.
Çünki biz asteroidlərin daha çox uzunsov və ya asimmetrik formada olmasına öyrəşmişik", - Eureka Science-dən olan araşdırma rəhbəri Bryus Bolin yeni kəşfi belə şərh edib.
Tural Tağıyev AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu