Alimlər meymunçiçəyi ilə bağlı həyəcan təbili çalırlar

02.04.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əgər meymunçiçəyinə (Mpox) qarşı effektiv tədbirlər görülməzsə, epidemiya qlobal sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Surrey Universitetinin bir qrup tədqiqatçısının "Nature Medicine" jurnalındakı məqaləsində deyilir.

Yazıda qeyd olunur ki, əvvəllər əsasən heyvanlardan insanlara keçən virus indi insandan insana keçmək mərhələsinə qədəm qoyub.

Xatırladaq ki, hələ ötən il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada yayılan meymunçiçəyi epidemiyasını bütün dünya üçün ciddi təhlükə törətdiyini bəyan edib. ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью