Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır. Son zamanlar mobil telefonların zərərləri haqqında çox danışılır.
Bəzi insanlar hətta xərçəngə səbəb ola biləcəyindən qorxurlar.
Bunun həqiqətən belə olub-olmadığını Avstraliya Radiasiyadan Mühafizə və Nüvə Təhlükəsizliyi Agentliyindən (ARPANSA) Ken Kapridis və onun səkkiz ölkədən olan həmkarları tərəfindən araşdırılıb.
Onlar cib telefonları və xərçəngin inkişaf riski arasındakı əlaqəyə dair tədqiqatların sistematik icmalının ikinci hissəsini təqdim ediblər.
Alimlər təkcə qadcetlərin sağlamlığa necə təsir etdiyini deyil, həm də təkrarlayıcıların (retrotranslyasiya) yaxınlığında yaşamağın oynadığı rolu, həmçinin radiotezliklərlə peşəkar əlaqəni təhlil ediblər.
Nəticələr “Environment International” jurnalında dərc olunub. Alimlər 1988-2019-cu illərdə nəşr olunan 26 elmi nəşri təhlil ediblər.
Tədqiqata 10 ölkədən iştirakçı qatılıb. Alimlər telefonların leykemiya, qalxanabənzər vəzi xərçəngi, boğaz xərçəngi və digər xəstəliklərə tə
Tədqiqatçılar mobil rabitənin kanserogen olduğuna dair heç bir dəlil tapmayıblar.