Alimlər narın ürəyə gözlənilməz təsirini aşkar etdi

02.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Narın tərkibində yaranan təbii birləşmənin ürək çatışmazlığının müalicəsində faydalı ola biləcəyi müəyyən edilib.

"Cebheinfo.az" xəbər verir ki, İngiltərədəki King’s College London-da aparılan araşdırmada nar, qoz və böyürtkən kimi məhsulların həzm olunması zamanı orqanizmdə yaranan urolitin “A” adlı birləşmənin ürəyin fəaliyyətinə təsiri öyrənilib.

Araşdırma zamanı müəyyən edilib ki, bu birləşmə ürək əzələsinin boşalmasına kömək edir və ürəyin qanla dolma qabiliyyətini yaxşılaşdıra bilər.

Alimlər xüsusilə qorunmuş atım fraksiyalı ürək çatışmazlığı (HFpEF) xəstəliyi üzərində çalışıblar.

Bu vəziyyətdə ürək qanı normal güclə pompalasa da, ürək əzələsinin sərtləşməsi səbəbindən kifayət qədər boşala və qanla dolmaya bilir.
Təcrübələrdə urolitin “A” tətbiq olunan nümunələrdə ürək funksiyasının 80 faizə qədər yaxşılaşdığı və ürək əzələsinin yığılmadan sonra daha yaxşı boşaldığı müşahidə edilib. 

Birləşmənin həmçinin ürək toxumasında sərtləşməni azaltdığı müəyyən olunub.

Alimlər urolitin “A”-nın təsirini insan kök hüceyrələrindən laboratoriyada hazırlanan süni ürək toxumasında da sınaqdan keçiriblər. Burada da ürək əzələsinin boşalma qabiliyyətində yaxşılaşma müşahidə olunub.

Tədqiqatın nəticələrinin gələcəkdə urolitin “A” əsasında yeni dərmanların hazırlanmasına əsas verə biləcəyi bildirilir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью