Icma.az, Olke.az portalına istinadən məlumat verir.
ABŞ-də qocalma əleyhinə dərman kokteyli hazırlanıb.
Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, Kaliforniya Universitetinin mütəxəssisləri qocalma mexanizmlərini hədəf alan iki dərmanı birləşdiriblər.
Toxumaların bərpasını təşviq etdiyi bilinən oksitosin, hüceyrə böyüməsini və ölümünü tənzimləyən "OT+A5i" dərmanı ilə birlikdə tətbiq edilib.
Alimlər dərman kombinasiyasının zəif və yaşlı erkək siçanlarda ömrü "73%" uzatdığını aşkarlayıb.
Müalicə qadın subyektlərin ömrünü uzatmasa da, məhsuldarlıq nisbətlərini artırıb.
Dərman kombinasiyasının qocalmanın yaratdığı qan zülallarında "bioloji pozulmanı" azaltdığı aşkar edilib.
Alimlər müalicənin ömrü uzadan təsirlərinin insanlar üzərində sınaqdan keçirilə biləcəyini vurğulayırlar. Bununla belə, oksitosinin kişilərdə prostat problemlərinə səbəb olduğu da məlumdur.
Kişi və qadın subyektlər arasında effektivlik fərqinin yaşlanma mexanizmlərindəki cins fərqləri ilə bağlı olduğuna inanılır.
Qeyd edilir ki, qocalma əleyhinə müalicə məsələsində fərqli cinslərə xas yanaşma uğur nisbətini artıra bilər.
Billurə