Alimlər prostat xərçənginin gizli irsi səbəblərindən birini aşkar etdilər

20.11.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 

Beynəlxalq alimlər qrupu prostat xərçənginin bəzi aqressiv formaları ilə əlaqəli nadir irsi genetik mutasiya müəyyənləşdirib.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Britaniya Kolumbiyası Universitetinin iştirakı ilə aparılmış araşdırmaya istinadən məlumat yayıb.

Tədqiqatçılar CDK12 genində irsi dəyişikliklərin müəyyən prostat xərçəngi hallarında mühüm rol oynaya biləcəyini aşkar ediblər. Araşdırmada bu mutasiyanı daşıyan beş şəxsin hamısında 44–62 yaş aralığında metastatik xərçəng qeydə alınıb.

Alimlərin qiymətləndirməsinə əsasən, belə mutasiyalar aqressiv prostat xərçəngi diaqnozu qoyulmuş hər min nəfərdən təxminən birində rast gəlinə bilər. Bu, nadir göstərici olsa da, həmin şəxslərin ailə üzvləri üçün genetik riskin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Tədqiqatçılar gələcəkdə prostat xərçəngi üçün genetik risk testlərində CDK12 geninin də nəzərə alınmasını təklif edirlər. Nəticələr bütün prostat xərçəngi hallarının irsi olması anlamına gəlmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью