Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tel-Əviv Universitetindən İsrailli arxeoloqlar qədim insanların od istifadəsinə başlama səbəbinə dair inqilabi hipotez irəli sürüblər.
Mütəxəssislərin qənaətinə görə, ilkin olaraq od yalnız yemək bişirmək üçün deyil, iri heyvanların ətini qorumaq üçün istifadə olunub.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Frontiers in Nutrition" (FIN) elmi jurnalında dərc edilib.
Komandanın nəticələri 1,8-0,8 milyon il yaşı olan doqquz qədim düşərgənin təhlilinə əsaslanır və təəccüblü bir nümunəni ortaya qoyur: Bütün düşərgələrdə fil, begemot və kərgədan sümükləri aşkar edilib.
Hər yerdə od izləri tapılsa da, müntəzəm yemək bişirilməsinə dair sübut yoxdur.
Bir ovdan əldə edilən ət bir qrup insanı həftələrlə doyura bilərdi.
"Od, qida ehtiyatlarını qorumaq və saxlamaq üçün strategji bir vasitə idi", deyə professor Ran Barkay izah edib.