Alimlər qorxu hissinin sirrinin açdı Yaşamaq üçün vacib imiş | Icma.az
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir. Alimlər beynin instinktiv qorxunu necə yatışdırdığını müəyyən ediblər.
Bu tapıntının fobiya, narahatlıq və travma sonrası stress pozğunluğu (TSSB) kimi qorxu ilə əlaqəli psixi sağlamlıq problemlərinin müalicəsinə töhfə verəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu elmi jurnalda dərc edilib.
Qorxu yaşamaq üçün vacibdir, lakin real təhlükə olmadığı halda bu hissin yox olması da önəmlidir.
Məhz bu prosesi araşdıran elm adamları beynin qorxuya necə qalib gəldiyini müəyyən ediblər.
Tədqiqat çərçivəsində alimlər 100-ə yaxın siçanı bir-bir qapalı əraziyə yerləşdirərək onları genişlənən kölgəyə məruz qoyublar.
Bu, yırtıcı quşun hücumu təəssüratını yaradıb. İlkin mərhələdə siçanlar instinktiv olaraq sığınacaq axtarıblar.
Lakin 30-50 simulyasiyadan sonra heyvanlar qorxularına alışaraq normal davranışlarına qayıdıblar.
Tam oxu
Xəbəri oxu