Alimlər “Sesame Street” qəhrəmanının adını balığa veriblər

16.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Alimlər görünüşü məşhur “Sesame Street” personajı cənab Snuffleupagusa bənzəyən yeni balıq növü aşkar ediblər.

XQ xəbər verir ki, “Solenostomus snuffleupagus” adlandırılan balığın uzunluğu cəmi 4-5 santimetrdir. Bədənindəki tükəbənzər çıxıntılar onun yosunlar arasında gizlənməsinə kömək edir.

Maraqlıdır ki, bu balıq ilk dəfə 2003-cü ildə Papua-Yeni Qvineya sahillərində müşahidə edilib. Tədqiqatçılar onu yalnız illər sonra Böyük Sədd rifində yenidən aşkarlaya biliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью