Alimlər siçanlarda pankreas xərçəngini müalicə etməyi bacardılar

31.01.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyada aparılan elmi tədqiqat çərçivəsində alimlər “üçlü kombinasiya müalicəsi” adlanan yanaşma ilə siçanlarda pankreas şişini uğurla aradan qaldırıblar.
Demokrat.az xəbər verir ki, İspaniya Milli Xərçəng Araşdırma Mərkəzinin (CNIO) nəzdində həyata keçirilən araşdırmada sağ qalma ehtimalı ən aşağı olan xərçəng növlərindən biri hesab edilən pankreas xərçəngi üzərində təcrübələr aparılıb. Tədqiqatçılar üç fərqli dərmanın birlikdə tətbiqi ilə pankreas şişlərinin məhv edilə bildiyini müəyyən ediblər.
Alimlərin bildirdiyinə görə, bu nəticələr “Pankreas duktal adenokarsinomu” diaqnozu qoyulan xəstələr üçün gələcəkdə yeni və daha effektiv müalicə üsullarının hazırlanmasına yol aça bilər. Araşdırma eyni zamanda yeni klinik sınaqların dizaynı üçün də elmi istiqamət müəyyən edir.
Təcrübələr zamanı istifadə edilən siçanların verilən dərmanlara qarşı müqavimət göstərmədiyi də vurğulanıb. Bununla yanaşı, müalicənin insanlarda necə təsir göstərəcəyini müəyyən etmək üçün əlavə klinik sınaqlara ehtiyac olduğu qeyd edilib.
CNIO-nun Eksperimental Onkologiya Qrupunun rəhbəri Mariano Barbasid bildirib ki, hələlik bu üçlü müalicə ilə insan üzərində klinik sınaqlara başlamaq mərhələsinə çatmayıblar.
Qeyd edək ki, “üçlü kombinasiya müalicəsi” xərçəng hüceyrələrini eyni vaxtda üç fərqli mexanizm vasitəsilə hədəf alan üç ayrı dərmanın birlikdə tətbiqini nəzərdə tutur.
Araşdırmanın nəticələri nüfuzlu “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunub.
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью