Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlər müəyyən ediblər ki, sifilis xəstəliyi əvvəllər düşünüldüyü kimi Avropada deyil, Şimali Amerikada yaranıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mütəxəssislər tədqiqat zamanı Şimali Amerikada tapılan 9000 illik qalıqlarda sifilislə əlaqəli bakteriyaların genomlarını aşkar ediblər.
Bu kəşf ilk dəfə 1494-cü ildə Avropada qeydə alınan xəstəliyin mənşəyi ilə bağlı mübahisələrə yeni dəlillər əlavə edir.
İnfeksiyanın 1493-cü ildə Amerikadan Kolumbun ekspedisiyasının üzvləri tərəfindən Avropaya gətirildiyinə dair bir nəzəriyyə var.
Alternativ fərziyyə bu xəstəliyin Köhnə Dünyada bundan çox əvvəl mövcud ola biləcəyini göstərir.
"Biz bu sümüklərdən beş genomu rekonstruksiya etdik, onların hamısı ortaq Amerika mənşəlidir", - tədqiqat qeyd edir.