Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar

29.08.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinli alimlər süni intellekt vasitəsilə Yerin mantiyası ilə nüvəsi arasındakı sərhədi araşdırıblar.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 1990–2024-cü illərdə toplanmış 2 milyondan çox seysmik məlumatı analiz edən neyroşəbəkə 175 min zəif siqnal müəyyənləşdirib.

Araşdırma nəticəsində əvvəllər məlum olmayan 6 anomal bölgə aşkarlanıb.

Alimlər bu strukturların qədim tektonik plitələrin qalıqları və ya qismən ərimiş zonalar ola biləcəyini bildirirlər. Onların öyrənilməsi Yerin daxili quruluşu və istilik mübadiləsi barədə yeni məlumatlar verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью