Baku.ws saytına istinadən Icma.az xəbər verir. Kanadalı ailmlər uzun müddətdir Alzheimer xəstəliyi ilə bağlı araşdırmalar aparıblar.
Əvvəllər bu xəstəliyinin daha çox qadınlarda olduğu düşünülürdü.
Lakin tədqiqatların yekununda atası Alzheimer xəstəsi olan uşaqların beynində "Tau" adlı toksiki maddənin yayılması prosesinin daha güclü olduğu ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, "Tau", "Amiloid" adlı başqa bir proteinlə birləşərək beyində düyünlər yaradır.
Düyünlər ən ağır xəstəlik olan Alzheimerə gətirib çıxarır. Bu səbəbdən atası Alzheimer olan uşaqlar daha çox tez bu xəstəliyə tutulur.
"McGill" Universitetinin bir qrup əməkdaşı Alzheimer xəstəsi olan şəxslərin beynində "Tau" proteinin yayılmasına qarşı həssas olduqlarını vurğulayıblar.
Lakin bəzi mütəxəssislər bu fikirlə razı deyil və daha da geniş araşdırılma tələb edirlər Kanadalı alimlər bu tədqiqatı ailələrində Alzheimer xəstəsi olan, lakin özlərində heç bir problem olmayan 68 yaşındakı 243 nəfər arasında aparıb.
Onların bəzilərində xəstəliyini başlandığı ilə bağlı kiçik əlamətlər aşkarlanıb.