Alimlərdən xəbərdarlıq: 2 ci tip diabet Altsheymer riskini 53 faiz artırır

13.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 noyabr, AZƏRTAC

Avstraliyada aparılan araşdırmaya görə, 2-ci tip diabetdən əziyyət çəkən insanlarda Altsheymer xəstəliyinə tutulma riski bu xəstəliyi olmayanlarla müqayisədə 53 faiz yüksəkdir.

AZƏRTAC xəbər verir ki, Curtin Universitetinin tədqiqatçıları 40 elmi araşdırmanın sistematik icmalı və meta-analizini aparıblar. Müəyyən edilib ki, 2-ci tip diabetli hər 1000 nəfərdən orta hesabla 4,7-də bir il ərzində Altsheymer xəstəliyi inkişaf edir.

Tədqiqatın nəticələri “Alzheimer's Research & Therapy” jurnalında dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью