Alimlərdən XƏBƏRDARLIQ: İldırım çaxmaları artacaq

13.08.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqlim dəyişiklikləri uzunmüddətli quraqlıqların daha tez-tez baş verməsinə və ildırım çaxmalarının sayının artmasına səbəb olur.

Bunu Kanadanın Britaniya Kolumbiyası Universitetinin professoru Lori Deniels qlobal istiləşmənin qaçılmaz nəticələrindən danışarkən bildirib.

Onun sözlərinə görə, iqlim böhranı uzunmüddətli quraqlıq dövrlərinin daha tez-tez baş verməsinə səbəb olur. Bundan əlavə, iqlim dəyişiklikləri ildırım çaxmalarının sayının artmasına gətirib çıxarır.

Deniels bildirib ki, BMT qlobal temperatur artımını 1.5 dərəcədən aşağı saxlamaq məqsədinə nail olunana qədər bəşəriyyət belə hava şəraitinə uyğunlaşmalı olacaq.

"Bu məqsədə nail olunana qədər daha şiddətli quraqlıqlara və ildırım çaxmalarına uyğunlaşmalıyıq", - deyə klimatoloq bildirib. /oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью