Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlər hər kəsə, xüsusən də hamilə qadınlara və yaşlılara xəbərdarlıq ediblər ki, marketlərdən məhsul alarkən diqqətli olsunlar.
Moderator.az milli.az-a istinadən xəbər verir ki, yaş və hamiləlik kimi faktorlar immunitet sisteminin azalmasına səbəb olduğundan Listeria bakteriyalarına yoluxma ehtimalını artırır.
Bundan əlavə, orqanizmin infeksiyaya qarşı mübarizə qabiliyyətini maneə törədən immuniteti bastıran dərmanlar da Listeria bakteriyalarının ötürülməsini asanlaşdıra bilər.
Qeyd edək ki, Texaslı gələcək hamilə qadın Aprel Bonham 37 həftəlik körpəsini Listeria bakteriyasına görə itirib.
Həkimlər hesab edirlər ki, Bonham yemək vasitəsilə Listeria bakteriyasını qəbul edib və nəticədə körpə meningitdən ölüb.
Xüsusilə delikates məhsulları, qablaşdırılmış qidalar və suşi kimi qidalardan keçdiyi təsbit edilən Listeria, düzgün təmizlənməmiş səthlərdən də bədənə sıza bilər.
Xatırladaq ki, Listeria bakteriyası əsasən çiy və ya az bişmiş qidalarda rast gəlinir və soyuq mühitlərdə belə yaşaya bilir.