Alimlərdən xəbərdarlıq: Yer kürəsinin 40 faizi...

08.09.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alimlər xəbərdarlıq ediblər ki, XXI əsrin sonuna qədər quraq ərazilər Yer kürəsinin quru sahəsinin 40 faizindən çoxunu əhatə edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, araşdırma “Environmental Research Letters” jurnalında dərc olunub.

Çin Meşəçilik Akademiyasının alimləri 1994-2023-cü illərin iqlim məlumatlarını təhlil edərək 2071-2100-cü illər üçün proqnoz hazırlayıblar. Hazırda quraq ərazilər Antarktida istisna olmaqla, planetin quru sahəsinin 38,58 faizini təşkil edir. Əsrin sonuna qədər bu göstəricinin 39,31-40,28 faizə yüksələcəyi gözlənilir.

Bu, təxminən 2,37 milyon kvadratkilometr ərazinin quraq zonaya çevrilməsi deməkdir. Ən ciddi dəyişikliklərin Avstraliyada baş verəcəyi proqnozlaşdırılır.

Alimlərin fikrincə, quraq ərazilərin genişlənməsi kənd təsərrüfatına, torpaqların məhsuldarlığına və su ehtiyatlarına ciddi təsir göstərə bilər.

Tədqiqatçılar qeyd edirlər ki, atmosferdə karbon qazının (CO₂) artması bitkilərin sudan daha səmərəli istifadə etməsinə şərait yaradaraq prosesi müəyyən qədər ləngidə bilər. Lakin bu təsirin uzunmüddətli perspektivdə məhdud olduğu və iqlim istiləşdikcə torpaqların qurumasının davam edəcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью