Icma.az, Azpost portalına istinadən məlumat verir.
Yalnız nə yediyimiz deyil, nə vaxt yediyimiz də sağlamlığımıza ciddi təsir göstərir. ABŞ-da aparılan yeni araşdırma göstərib ki, axşam saatlarında gec yemək yeyən insanlar daha çox çəki toplamaq riski ilə üzləşirlər.
Azpost.info bildirir ki, tədqiqatı aparan alimlər 900-dən çox könüllünün qidalanma vərdişlərini təhlil ediblər. Məlum olub ki, axşam saat 21:00-dan sonra müntəzəm qida qəbul edən şəxslərdə piylənmə göstəriciləri daha yüksəkdir.
Araşdırmanın müəlliflərindən biri, qidalanma üzrə mütəxəssis Frank Scheer bildirib ki, insan orqanizmi gecə saatlarında enerjini daha yavaş sərf edir. Bu səbəbdən gec qəbul edilən kalorilər yağ şəklində toplanmağa meylli olur.
Mütəxəssislər hesab edirlər ki, son yeməyin yatmazdan ən azı 2-3 saat əvvəl qəbul edilməsi daha faydalıdır. Bundan əlavə, səhər yeməyini buraxmayan insanlarda maddələr mübadiləsinin daha aktiv işlədiyi müşahidə olunub.
Dietoloqlar vurğulayırlar ki, sağlam çəki saxlamaq üçün yalnız kalori hesabı deyil, qidalanma rejimi də vacib rol oynayır.
Sunay