Alınma şirniyyat yeyənlərin NƏZƏRİNƏ! Görün, orqanizminizdə nə baş verir? | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır. Simit və xəmir kimi qidalar hər səhər istehlak edildikdə böyük təhlükə yaradır.
Hər səhər xəmir və simit istehlakının insan orqanizminə vurduğu zərər mütəxəssislər tərəfindən izah edilib.
Çay və şirniyyat ikilisinin səhər istehlak edildiyində böyük təhlükə yaratdığı üzə çıxıb.
Emal edilmiş və ya sadə karbohidratlar orqanizm üçün zərərli hesab edilir.
Bunlara ağ çörək, pizza xəmiri, makaron, xəmir məmulatları, ağ un, ağ düyü və bir çox səhər yeməyi dənli məhsulları daxildir.
Onlar çox az qida dəyərinə malikdirlər. Karbohidratlar iştah hormonlarına təsir edərək piylənməyə gətirir.
Onlar tez həzm olunur və yüksək glisemik indeksi və yükü qan şəkəri səviyyəsində qeyri-sağlam dalğalanmalara və daimi yorğunluğa səbəb olur.
Emal edilmiş karbohidratlar yediyiniz zaman qanınız şəkərlə dolur, bu da şəkəri qanınızdan təmizləmək üçün mədəaltı vəzidən əlavə insulinin buraxılmasına ehtiyac yaradır.
Tam oxu
Xəbəri oxu