Icma.az, Qol.az saytına istinadən bildirir. "Bildiyiniz kimi, bəzi səbəblərə görə futbolçu karyeramı başa vurmaq məcburiyyətində qaldım.
"Sumqayıt" klubda qalıb işləməyimi təklif etmişdi. Ayxan Abbasovdan da təşkil gəldi. Bunu dəyərləndirdim.
Ona və AFFA rəhbərliyinə təşəkkür edirəm". Bu sözləri QOL.az-ın Belarusa ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycan U-21 millisinin ana
O, əvvəlcə yığmaya təyinatından söz açıb: "Çox məsuliyyətli bir işdir. Millinin şərəfini futbolçu kimi qorumuşam.
İndi isə məşqçi kimi çalışmaq qürurvericidir. İnanıram ki, əlimdən gələni edib, həm məşqçilərə, həm də futbolçulara kömək olacağam".
V.Mustafayev gələcək planlarından da danışıb: "Artıq ilk addımı atdım. İstəyirəm ki, məşqçi kimi fəaliyyət göstərim. İndi başlanğıcdayam.
İnsan özünü analiz edir. Deyir ki, həqiqətən məndə o potensial varrmı, baş məşqçi ola biləcəyəmmi? Hədəfim, niyyətim budur.
Alınsa, çalışacağam ki, ölkəmiz, xalqımız üçün ən yaxşısını edim. Alınmasa da, geri çəkiləcəyəm, özümü başqa bir sahədə sınayacağam".