Alişanın konsertləri siyasi mövqeyinə görə ləğv edildi

20.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Türkiyəli müğənni Alişan siyasi baxışlarına görə konsertlərinin ləğv edildiyini bildirib.

Axşam.az xəbər verir ki, sənətçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyi üçün bəzi bələdiyyələrin onun konsertlərini təşkil etməkdən imtina etdiyini deyib.

"Prezidentimizi çox sevdiyim üçün başqa bələdiyyələrdə də neçə-neçə konsertim ləğv edilib. İnsanlar məni istəyir, amma bələdiyyə istəmir. Sanki qanun qaçağını, yaxud Türkiyəyə pislik edən bir insanı dəstəkləyirmişəm kimi davranırlar. Amma heç önəmi yoxdur. Bundan sonra da belə düşünə bilərlər. Mən bundan əvvəl necə sevirdimsə, bundan sonra da sevməyə davam edəcəyəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью