Alişer Morqenştern yəhudi oldu

08.06.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Alişer Tahiroviç yəhudiliyi qəbul edib və adını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə "Səs İsrail" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, sənətçi yəhudi dini məhkəməsindən keçərək İsrail xalqına qoşulub. O, adını Alişerdən İsrael Yehuda Morqenşternə dəyişib.

Qeyd edək ki, Alişer Morqenştern 2022-ci ildə Rusiyanı tərk edib. O, babası tərəfindən yəhudi köklərinə malik olduğu üçün İsrail pasportu alıb. O, artıq Rusiyada xarici agent kimi tanınır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью