Alisson Beker “Liverpul“dan ayrıla bilər

22.11.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın "İnter" klubu İngiltərənin "Liverpul" komandasının qapıçısı Alisson Bekeri heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.

34 yaşlı braziliyalı qolkiperin "qırmızılar"la müqaviləsinin başa çatmasına cəmi bir neçə ay qalıb.

Məlumata görə, 2018-ci ildən "Liverpul"da çıxış edən A.Beker ötən yay transfer pəncərəsində də komandadan ayrılmağa yaxın olub, lakin sonda klubda qalmağa qərar verib. Növbəti yay onun müqaviləsinin bitəcəyi üçün bir sıra klublar futbolçunu azad agent kimi transfer etmək istəyir. Braziliyalı qapıçının xidmətində "İnter"lə yanaşı, "Yuventus"un da maraqlı olduğu bildirilir.

(teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью