Alisson Bekker Braziliya millisinin düşərgəsindən ayrıldı

22.03.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Liverpul"un qapıçısı Alisson Bekker Braziliya millisinin düşərgəsindən ayrılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının saytı məlumat yayıb.

Qolkiper DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə oyununda rəqibin müdafiəçisi Davinson Sançeslə toqquşduqdan sonra başından zədə alıb.

Onun özünü yaxşı hiss etdiyi, lakin beyin sarsıntısı keçirdiyi üçün martın 25-də Argentina millisi ilə görüşdə oynaya bilməyəcəyi qeyd olunub.

Alissonun "Liverpul"un düşərgəsinə qayıdacağı bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью