Alisson ən yaxşı olduğunu sübut etdi Liverpulun baş məşqçisi

11.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Çempionlar Liqasının əsas mərhələsinin VI turunda "Liverpul" "Jirona"nı məğlub etdi - 1:0.

"Unikal" xəbər verir ki, görüşdən sonra İngiltərə təmsilçisinin baş məşqçisi Arne Slot Alisson Bekeri tərifləyib:

"O, bu gün ən yaxşı olduğunu sübut etdi. Alisson uzun illərdir ki, bu kluba xidmət edir. "Jirona" ilə oyunda göstərdi ki, dünyanın ən yaxşılarından biridir. Məncə, o, mütləq ən yaxşıdır. Ümid edirəm ki, eyni ruhda davam edəcək".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью