Alıuşağı kəndinin girişində qarayaraya görə post yaradılıb Fotolar

14.08.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Samux rayonunun Alıuşağı kəndində qeydə alınan qarayara hadisəsi ilə bağlı nəzarət, profilaktik tədbirlər həyata keçirilir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, artıq kəndə girişdə nəzarət postu yaradılıb.
Kəndin giriş-çıxış istiqamətlərində Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən təsərrüfat və digər nəqliyyat vasitələrinin dezinfeksiyası həyata keçirilir.
Ət və süd məhsullarının kənd ərazisindən daşınmasına, məhsulların daşınması zamanı müəyyən edilmiş tələblərə və şərtlərə əməl olunmasına nəzarət həyata keçirilir.
Bundan başqa, yoluxma hallarının qarşısının alınması məqsədilə Samux rayonunun Alıuşağı kəndində kənd təsərrüfatı heyvanları arasında Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən təkrar monitorinq tədbirləri həyata keçirilir və heyvanların peyvəndlənməsi işləri yenidən aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью