Alkaras Cokoviçi məğlub etdi və “Australian Open 2026”nın çempionu oldu

01.02.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Dünyanın bir nömrəli tennisçisi, ispan tennisçi Karlos Alkaras “Australian Open 2026” turnirinin qalibi olub. Final görüşündə o, “Böyük dəbilqə” turnirlərinin 24 qat çempionu serbiyalı Novak Cokoviçi məğlub edib.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşma Alkarasın xeyrinə 2:6, 6:2, 6:3, 7:5 hesabı ilə başa çatıb. Görüş 3 saat 2 dəqiqə davam edib.

Finalda Alkaras doqquc eys vurub, iki ikiqat səhvə yol verib və 15 breyk-poyntdan dördünü reallaşdırıb. Cokoviç isə dörd eys edib, iki ikiqat səhv buraxıb və altı breyk-poyntdan ikisini istifadə edib.

Bu qələbə Karlos Alkaras üçün karyerasında “Böyük dəbilqə” turnirlərində yeddinci titul olub. O, 22 yaş 272 günündə karyera “Şlem”ini tamamlayan tarixdə ən gənc tennisçi kimi adını tarixə yazdırıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью