Alkaras Cokoviçin nəticəsini təkrarladı

23.11.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyalı tennisçi Karlos Alkaras “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi, serb Novak Cokoviçin uğurunu təkrarlayıb.
"Football-plus.az" xəbər verir ki, Alkaras noyabrın 13-də ATP-nin Turində keçirilən Yekun turnirinin qrup mərhələsində italiyalı Lorentso Muzettini məğlub etməklə (6:4, 6:1) mövsümdə 70-ci qələbəsini qazanıb. 22 yaş 188 günlüyündə olan Karlos 2009-cu ildən bəri bunu bacaran ən gənc tennisçidi. Həmin vaxt 22 yaş 164 günlük Cokoviç 70 qələbə həddinə çatmışdı.
Alkaras 70 qələbədən 16-nı ATP reytinqində ilk “10-luq”da qərarlaşan tennisçilər üzərində qazanıb. İspaniyalı “Böyük dəbilqə” turnirlərinin altıqat qalibidi, ümumilikdə fərdi yarışlarda 24 titulu var.
Yeri gəlmişkən, ATP-nin Yekun turniri bazar günü başa çatıb. Alkaras finalda Yannik Sinnerlə qarşılaşıb. İtaliyalı tennisçi bu dueldən qalib ayrılıb. Sinner ötənilki uğurunu təkrarlayaraq rəqibini 7:6, 7:5 hesabı ilə məğlub edib. Bu, Sinnerin mövsümdə 6-cı, karyerasında 24-cü tituludu. O, noyabrın əvvəlində “Paris Masters”, iyulda isə Karlos Alkarası məğlub edərək “Uimbldon” turnirinin qalibi olub. Sinner “Uimbldon”u qazanan ilk italiyalı tennisçidi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью