Alkaras Parisdə ilk dəfə finala yüksəldi

08.11.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyalı tennisçi Karlos Alkaras Parisdə keçirilən ATP 1000 seriyalı turnirin finalına vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Alkaras yarımfinalda norveçli Kasper Ruudu məğlub edib.

1 saat 27 dəqiqə davam edən qarşılaşmada Alkaras dünya reytinqində 23-cü olan norveçli rəqibini hər iki setdə eyni hesabla - 6:4 məğlub edib.

Alkaras görüş ərzində yeddi eys edib və beş breyk imkanından ikisini reallaşdırıb. Ruud isə yeddi eyslə yanaşı, üç qoşa səhvə yol verib.

İspaniyalı tennisçi karyerasında ilk dəfə Parisdə keçirilən “Masters” turnirinin finalına yüksəlib. Onun bu yarışdakı əvvəlki ən yaxşı nəticəsi 2022-ci ildə çatdığı 1/4 final mərhələsi olub.

Alkaras finalda amerikalı Ben Şeltonla üz-üzə gələcək. Şelton yarımfinalda fransalı Luka van Aşı məğlub edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью