Alkaras Şanxay turnirindən çəkildi

07.10.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı tennisçi Karlos Alkaras Şanxayda keçirilən “Masters” seriyalı turnirdən çəkildiyini elan edib:

“Böyük təəssüf hissi ilə bildirirəm ki, bu il keçiriləcək “Rolex Shanghai Masters” turnirində oynamayacam. Təəssüf ki, sağlıq durumumla bağlı problemlər yaranıb. Komandamla müzakirədən sonra belə nəticəyə gəldik ki, ən yaxşı qərar dincəlmək və bərpa olunmaqdı”.


Xatırladaq ki, 22 yaşlı ispaniyalı ulduz sentyabrın 30-da Tokioda keçirilən turnirin finalında amerikalı Teylor Fritsi məğlub edib (6:4, 6:4). Alkaras bu mövsüm 8-ci, karyerasında 24-cü titulu qazanıb. Şanxay turniri isə oktyabrın 1-də start götürüb bə 12-nə qədər davam edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью