Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Türkiyəli aktyor Fırat Tanış verilişlərin birində alkoqol asılılığı ilə bağlı müalicə prosesindən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu müddətdə kafedə tanış olduğu insanlarla əlaqəsini kəsdiyini bildirib.
“Meyxanada tanış olduğum heç kimlə görüşmürəm. Orada bütün telefon siyahıları dəyişir. Bütün dostluq münasibətləri yenidən sorğulanır, hər şey yerli-yerinə qoyulur” deyə, Tanış bildirib.
Aktyor insanın özünü hər zaman kənardan obyektiv qiymətləndirə bilmədiyini vurğulayıb. O, bu prosesdə etibar etdiyi insanlardan məsləhət aldığını söyləyib.
“Fikrinə, düşüncəsinə çox güvəndiyim insanlar var. Mən onlara gedib məsləhətləşirəm. Çünki insanın hər zaman özünü kənardan sağlam və dəqiq qiymətləndirməsi mümkün deyil. Belə insanların olması da vacibdir. Bu məsələdə bir dənəm İlker Ayrık var. Çox sevdiyim dostumdur. Bir gün onunla oturub söhbət etdik. O dedi ki, "Bəlkə belə bir şey etmək yaxşı olar". Yaxşı ki, belə oldu. Yaxşı ki, bunu etdim. Bu proses mənim yenidən doğuşumdur" deyə, Fırat Tanış əlavə edib.