Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Həkim uzunmüddətli alkoqol istifadəsinin geri dönməz xəstəliklərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, hepatoloq, tibb elmləri doktoru Aleksey Buyeverov bu barədə aif.ru nəşrinə açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, alkoqol təkcə qaraciyərə deyil, həm də sinir sisteminə ciddi toksik təsir göstərir. Bu isə "alkoqol demensiyası" adlandırılan xəstəliyin yaranmasına səbəb ola bilər. O bildirib ki, bu növ demensiya insanın intellektini və gündəlik məişət bacarıqlarını tədricən itirməsi ilə xarakterizə olunur.
Buyeverov alkoqolizmin digər sağalmaz fəsadı kimi Korsakov sindromunu (Korsakov psixozu) göstərib.
"Bu zaman pasiyent yeni məlumatları yadda saxlamaq qabiliyyətini itirir, lakin köhnə xatirələri qorunub qalır. Xəstəlik alkoqoldan asılı şəxslərdə tez-tez rast gəlinən ağır B1 vitamini çatışmazlığı nəticəsində yaranır. Lakin sonradan B1 vitamininin təyin edilməsi beynin zədələnməsini bərpa etmir, yalnız xəstəliyin irəliləməsini müəyyən qədər ləngidir", – deyə həkim bildirib.
Xədicə BAXIŞLI