Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İordaniyada alkoqoldan zəhərlənmə nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb. Avtosfer.az bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir. Qeyd olunur ki, ilk zəhərlənmə halları ölkənin şimal-şərqindəki Zərqa əyalətində qeydə alınıb. Bir neçə insan spirtli içki qəbulundan sonra ürəkbulanma, başgicəllənmə və nəfəs almaqda çətinlik çəkib.