Alkoqollu içkiləri bu qiymətdən aşağı satanlar cərimələnəcək

10.12.2024

Icma.az bildirir, Olke.az portalına istinadən.

Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir.
Ölkə.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu günkü plenar  iclasında müzakirə edilən Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью