Alkoqollu içkilərin aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyənləşir | Icma.az
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılması hallarına görə yeni cərimə müəyyənləşir.
“Report”un məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeni maddəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması hallarına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə ediləcək.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu