Alkoqolun təhlükəsiz dozası var? Açıqlama | Icma.az
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Terapevt, tibb elmləri namizədi Andrey Kondraxin şaxtalı havada isinmək üçün alkoqolun maksimum icazə verilən dozasını açıqlayıb.
Redaktor.az xəbər verir ki, o nun sözlərini aif.ru nəşri sitat gətirib. Həkim vurğulayıb ki, alkoqolun təhlükəsiz dozası yoxdur.
Bununla yanaşı, o, spirtli içkilərin buzlu suya girməzdən əvvəl və ya soyuq havada uzunmüddətli gəzinti öncəsi qəbul edilməsinin təhlükəli olduğuna diqqət çəkib.
Mütəxəssisin sözlərinə görə, belə qərar fəlakətli nəticələrə gətirib çıxara bilər.
Kondraxin qeyd edib ki, yalnız buzlu suya girdikdən və ya şaxtada qaldıqdan sonra insan tam şəkildə isindikdən sonra az miqdarda alkoqol qəbul etmək olar.
Onun sözlərinə görə, icazə verilən doza 30–40 qramdan artıq olmamalıdır ki, bu da təxminən 100 qram arağa bərabərdir.
“Həmin miqdar bir qədəh konyak və ya araqdır, amma bundan artıq olmaz”, — deyə həkim bildirib.
Tam oxu
Xəbəri oxu