Alla Puqaçova Bolqarıstanda villa alıb

29.10.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Məşhur müğənni Alla Puqaçova Bolqarıstanda özünə yeni mülk alıb.
Reyting.az
xəbər verir ki, bu barədə Bolqarıstan KİV-i özəl mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, rusiyalı müğənni paytaxt Sofiyanın kənarındakı qapalı icmada 500 min avro dəyərində müasir villanın sahibi olub.
Alqı-satqı müqaviləsi rəsmi nümayəndələr vasitəsilə bağlanıb və əmlakı şəxsən yoxlamadan layihə sənədləri əsasında seçiblər.
Məlumata görə, Alla Puqaçova və Maksim Qalkin Kiprdə yaşamağa davam edərək, 2026-cı ilin mart ayına qədər yeni mülkə baş çəkməyi planlaşdırmırlar.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью