Alla Puqaçova ilə bağlı xəbər yayıldı, dərhal silindi

30.03.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Sovet və rus estrada müğənnisi Alla Puqaçova Böyük Vətən müharibəsinin qəhrəmanları haqqında mahnı yazıb.

Globalinfo.az xəbər verir ki, həmin mahnı rəsmi yayımdan əvvəl internetə sızıb, daha sonra bütün sosial şəbəkə platformalarından silinib.

Mahnının hansı səbəbdən silindiyi konkret açıqlanmayıb, lakin tezliklə yayımda olacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Dom Kino” telekanalı “Buzqıran” filmindən Puqaçovanın təsvirində üzü silinib.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyat başlayandan sonra  Puqaçova əri Maksim Qalkin (Rusiya Federasiyasında xarici agent kimi tanınır) və uşaqları  ilə birlikdə Rusiyadan İsrailə gedib.

Safura Bənnayeva
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью