Alla Puqaçova uzun zaman sonra görüntülənib FOTO

05.08.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Rusiya estradasının əfsanəvi ulduzu Alla Puqaçova uzun zaman sonra görüntülənib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, o, "Yurmala" festivalı çərçivəsində tədbirlərə qatılıb.

Sənətçinin fotosunu erməni əsilli musiqi tənqidçisi Artur Qasparyan paylaşıb.

İzləyicilər 75 yaşlı Puqaçovanın plastik əməliyyat etdirdiyini iddia ediblər.

Xatırladaq ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkinin Ukraynadan pul alaraq, siyasi fəaliyyətlə məşğul olması ilə bağlı yayılan iddialardan sonra Qalkini dəstəkləyərək onun da adının "xarici agent” siyahısına salınmasını istəmişdi. Bundan sonra onlar Rusiyanı tərk edərək İsrailə köçmüşdülər.

Aysel


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью