Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
77 yaşlı Alla Puqaçova və 72 yaşlı Layma Vaykulenin yeni birgə fotoları yayılıb.
OLAY yazır ki, müğənnilərin pərəstişkarlarından biri onlarla çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşıb. Məlumata görə, şəkillər Limassolda çəkilib.
Xatırladaq ki, Layma Vaykule 1970-ci illərdən etibarən iki ölkədə yaşayıb: konsert fəaliyyəti ilə məşğul olduğu Rusiya və doğulduğu Latviya. 2022-ci ildə sənətçi Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz edib və birdəfəlik Yurmala şəhərində məskunlaşıb.
Müğənninin musiqi festivalı “Randevu” hər il bu kurort şəhərində keçirilir və festivala çoxsaylı məşhurlar qatılır. İyul ayında Vaykulenin rəfiqəsi Alla Puqaçova həyat yoldaşı Maksim Qalkinlə birlikdə festivala qatılıb.