GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyalı müğənni Alla Puqaçovaya İstra çayının sahilində qanunsuz tikilmiş körpünü (sahildə dənizə uzanan platforma) sökmək üçün bir ay vaxt verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, müğənni artıq xəbərdarlıq alıb.
“Rusiyanın Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidməti (“Rosprirodnadzor”) körpünün tikintisi üçün lazımi sənədlərin olmadığını bildirib. Belə ki, sözügedən tikili qeydiyyatdan keçməyib, təhlükəsizlik sertifikatları yoxdur. Bundan əlavə, ulduzun aldığı 25,5 hektarlıq sahənin xüsusi mühafizə olunan ərazidə yerləşdiyi aşkar edilib. Əgər Puqaçova növbəti bir ay ərzində körpünü sökməsə, su anbarından qanunsuz istifadəyə görə cərimələnək”.
Kanalın məlumatına görə, prokurorluq müğənniyə qarşı məhkəmə iddiası qaldıra bilər:
“Bu da tikilinin sökülməsinə səbəb olacaq. Həmçinin ətraf mühitə dəyən ziyanın qiymətləndirilməsi aparılacaq. Bunun nəticələrindən asılı olaraq cərimə bir neçə milyon rubl arta bilər”.
Qeyd edək ki, araşdırma iş adamı Anatoli Rıskovun şikayətindən sonra başlayıb. Rıskovun iddiasına görə, körpü onun balıq tutduğu su anbarına girişi bağlayırdı.
Günel Cəlil
Globalinfo.az