Alla səhnəyə qayıdır

07.08.2026

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2022-ci ildən Rusiyadan kənarda yaşayan Alla Puqaçova yenidən səhnəyə qayıda bilər.
OLAY yazır ki, müğənninin yenidən konsert vermək qərarı son vaxtlar xeyli artan xərcləri ilə bağlıdır. Məlumata görə, sənətçinin maliyyə ehtiyatları tədricən azalır və o, alışdığı həyat tərzindən imtina etmək istəmir.

İddiaya əsasən, bu yaxınlarda Puqaçovaya korporativ tədbirdə çıxış etməsi üçün təklif göndərilib. Müğənninin varlı tanışlarından biri bu çıxışa görə ona 500 min ABŞ dolları ödəməyə hazır olduğunu bildirib.

Bildirilir ki, təklif olunan qonorar Puqaçovanı qane etsə də, o, səhhətindəki problemlər səbəbindən hələlik səhnəyə çıxmağa hazır deyil. Müğənni sağlamlığını bərpa etdikdən sonra bu təklifin müzakirəsinə yenidən qayıdacağını vəd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью