Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi

17.07.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uzun müddətdir Amerikada yaşayan keçmiş aktyor Tolqa Karel "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan Haluk Levent haqqında sərt açıqlamalar verib.

Axşam.az xəbər verir ki, Karel sosial şəbəkə hesabında paylaşım edərək Haluku tənqid edib.

"Allah bəlanı versin, Haluk Levent. O pullarda kasıbın, ehtiyac sahibinin, yetimin haqqı var. İnşallah, ağırlaşdırılmış ömürlük həbs cəzası alarsan" deyə, Karel bildirib. 

Keçmiş aktyor daha sonra ifaçının bu hərəkətinin insanlarda məyusluq yaratdığını əlavə edib:

"Doğrudan da dəli olacağam. Bu necə dərnəkdir ki, yaxtalar, villalar, torpaqlar alınır-satılır, pullar özəl şirkətlərin hesablarına köçürülür? Bu, çox böyük qalmaqaldır.

Məncə, Haluk Levent insanların içində qalan son ümid işığını, o saf duyğuları da məhv etdi. Bunu cəmiyyətin mənəvi çürüməsinin tabutuna vurulan son mismar adlandırmaq olar. Çox pis oldum. Bilmirəm insan olmaq müqəddəsdir. İnsanlara hər zaman inandım".

Qeyd edək ki, Levent barəsində "Ahbap" Dərnəyi adına toplanan ianələrin bəzi şəxslərin hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində həbs qətimkan tədbiri seçilib. Onun pulların bir qismini qumara sərf etdiyi deyilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью