Allah duaları eşidir, bu sevgini də gördü Video

18.03.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Lətifənin bir müddət əvvəl işıq üzü görən "Sen benim penguenimsin" mahnısı dünyanın bir çox məşhur dijital platformalarında yayımlanıb. 

Axşam.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, yeni layihəsi dünya səhnəsinə doğru irəliləyir:

"Mahnımız artıq beynəlxalq musiqi mediasında. Bizim balaca pinqvinimiz dünya səhnəsinə doğru öz yolunu açır. Sevgi və səmimiyyətlə yaranan bu hekayə artıq qlobal musiqi platformalarında paylaşılır. 

Allah ürəkdən edilən duaları eşidir. Bu musiqiyə qoyulan sevgi və zəhməti də gördü. Bu gün isə biz çox xoşbəxtik ki, musiqimiz qlobal səhnəyə çatdı. Bütün yaradıcı heyəti ürəkdən təbrik edirəm. 

Qeyd edək ki, mahnının müəllifi Güneldir. Klipin rejissoru İlona, musiqi direktoru Günel Sərdarkızıdır. Ekran işi üzərində həmçinin dirijor və geniş yaradıcı heyət çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью