Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
3 ay öncə insult keçirərək bir müddət xəstəxanada, daha sonra da evdə müalicəsi davam edən Xalq artisti Fatma Mahmudova ilk dəfə canlı efirə çıxıb.
AZXEBER.COM xəbər verir ki, aktrisa "Space TV"də yayımlanan "Tarixin bir günü" verilişində qonaq olub.
Duyğulanan aktrisa danışmaqda çətinlik çəkib: "Mən bura o biri dünyadan gəlmişəm.
Bunun hamısını Allah edib, çünki mən heç kimə pislik edən adam olmamışam. Kiməsə yaxşılıq etmişəm bəlkə də, bu gün sağam.
1991-ci ildə ağır qəza keçirtmişdim. Gəncə şəhərində avtobus partladı və mən terrorun ilk qurbnlarından olmuşam.
Gəncə teatrının aktyorları meyitlərin arasında məni axtarıb, tapıblar. Bunların hamısı yığıldı və sonunda belə bir şey baş verdi.
İndi elə bir haldayam ki, heç bir verilişə gedə bilmirəm. Lalə Azərtaşa söz vermişdim ki, ayağa qalxanda ilk sənin verilişinə gələcəyəm.