Allah eləməsin İran uduzsun, uduzsa, Azərbaycan dərhal… Hambaryan

13.06.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


İsrailin İrana hücumu sürpriz deyil, çünki region ölkələri bu əməliyyata günlərdir hazırlaşırdılar.

Bakupost.az xəbər verir ki, bu sözləri erməni politoloq Qagik Hambaryan İsrailin İranın hərbi və nüvə mərkəzlərinə endirdiyi ardıcıl zərbələr haqda deyib.

“Əgər İran bu münaqişədə məğlub olarsa, Ermənistan üçün bu vəziyyət son dərəcə ciddi nəticələrə səbəb ola bilər. Biz hamımız yaxşı bilirik ki, hazırda Zəngəzur dəhlizinin açılmasına qəti şəkildə qarşı çıxan yeganə ölkə İrandır. İran Türkiyə və Azərbaycanın təhdidini azalda və ya təsirsiz hala gətirə bilir. Allah eləsin ki, İran bu mübarizəni uduzmasın, uduzsa, İsrailin açıq himayədarlığına sahib olan Azərbaycan Zəngəzur dəhlizini çox tez həll edəcək”, - o, yerli mediaya açıqlamasında bildirib.

Aygün,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью