“Allah özünüzü məhv etsin” Əməkdar artistdən SƏRT AÇIQLAMA

18.02.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Əməkdar artist İlkin Əhmədov bayağı ifaçıları sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.
“Qulağa xoş gəlməyən o qədər mahnılar, biədəb danışıqlar, efirə uyğun olmayan söz-söhbətlər var. Həm oxumaqları, həm danışıqları, həm də geyimləri bir şey deyil. Buna görə, dedim ki, onları “baltalayacağam”. Məcazi mənada. Mənbəyi-mənşəyi, ritmi bilinməyən, sözləri məntiqə uyğun olmayan mahnılar bizə lazım deyil. Musiqini məhv edən insanlara o qədər sözüm var ki...
Bir onu deyə bilərəm ki, bizim ciddi, təmiz musiqimizi, incəsənətimizi, mədəniyyətimizi məhv etmək fikriniz varsa, Allah özünüzü məhv etsin”.
Sara, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью