Allah rəhmət eləsin demək bu qədər çətindir?

27.10.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli aktyor Serhat Kılıçın vəfatından sonra məşhurların sosial şəbəkə paylaşımlarında istifadə etdiyi "İşıqlar içində yat" ifadəsi müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, Demet Evqar, Şevket Çoruh və Tolqa Sarıtaş kimi məşhurların vida paylaşımlarında yer alan "Yolun işıqlı olsun", "Dövrün daim olsun" kimi ifadələr diqqət çəkib.

Proqramlardan birində iştirak edən aktyor Ozan Güven buna iradını bildirib.

"Dəfn mərasimlərində "Allah rəhmət eləsin" demək bu qədər çətindir? Qalaktikalardakı enerjilərdən danışmaqdansa, "Allah rəhmət eləsin" demək olar. Bir də "İşıqlar içində yat" ifadəsinə ilişib qalmışam. Mən "Allah rəhmət eləsin" deməyə üstünlük verirəm" deyə, aktyor söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью